15 Oktyabr 2018 18:24
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yeni hökumətin qurulmasından bu yana, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda müsbət dinamika yaranıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

O, iyul-sentyabr ayları ərzində Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla iki dəfə görüşdüyünü deyib.

Xarici işlər naziri müsbət dinamikanın davam edəcəyini vurğulayıb və qeyd edib ki, danışıqlar müsbət atmosferdə davam etdirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər