15 Oktyabr 2018 21:25
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Səudiyyə Ərəbistanından olan birgə təhqiqat qrupu “Vaşinqton Post” yazarı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda araşdırmaya başlayıb.
Teleqraf.com xəbər verir ki, əvvəlcə səudiyyəli rəsmilər mülki avtomobildə baş konsulluğun binasına daxil olub. Daha sonra polis əməkdaşları daxil olmaqla türkiyəli rəsmilər əllərində sənəd qovluqları ilə Ləvət 4 ünvanında yerləşən konsulluğa gəliblər.
Təhqiqat qrupunun araşdırmasını müşahidə etmək üçün çoxlu sayda yerli və əcnəbi media mənsubları konsulluq binasının önünə gəlsə də, onlar əraziyə buraxılmayıb.
Xatırladaq ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.


Müəllif: Nərgiz