16 Oktyabr 2018 19:30
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Pravoslav Kilsəsi Konstantinoplol Patriarxlıqları ilə bütün əlaqələrini kəsdi. Bundan əvvəl hələ XV-XVI əsrlərdə Rusiya Pravoslav Kilsəsi patriarxlıqların Vatikanla əlaqələrinə görə, münasibətlərini dayandırmışdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Orxan Qafarlı deyib.

Onun sözlərinə görə, pravoslav xristianları arasındakı parçalanmanın Şərqi Avropa və Yaxın Şərqə təsirləri qaçılmaz olacaq:

“Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinin Konstantinopol Patrixarxlıqları tərəfindən tanınması, iqtisadi olaraq rus kilsəsinə ağır zərbə olacaq. Bu, rus kilsələrinin maddi gəlirlərinin üçdə bir hissəsini itirməsi deməkdir. Əlbəttə, iqtisadi amillərlər yanaşı, bu, Ukraynanın milli kimlik olaraq ruslarla əlaqələrinin qopmasına gətirib çıxaracaq.

Lakin Moskva və Kiyev arasında yaranmış kilsə böhranı Ukraynada dini zəmində qarşıdurma riski yaradır. Rusiyanın Ukraynadakı kilsəsinin mülklərinin aqibəti necə olacaq? Rus kilsəsi Ukraynada fəaliyyət göstərə biləckmi? Bu kimi sullarda xüsusi maraq kəsb edir?”.

Qeyd edək ki, Ukrayna kilsəsinin Moskvanın tabeliyindən çıxarılaraq, Konstantinopola tabe edilməsi və ona avtokefal statusunun (müstəqillik) verilməsi Rusiya pravoslavlarının narazılığına səbəb olub. Rusiya Partiarxı I Kiril Konstantinopol kilsəsi ilə bütün dini əlaqələrin kəsiləcəyini və bunun 1054-cü ildən sonra xristian aləmində ən ciddi parçalanma olacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər