Güney Azərbaycanın Urmiya Universitetində qız və oğlan tələbələrin dərs vaxtı bir yerdə oturması qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə universitet rəhbərliyi qərar qəbul edib.
Rəhbərlik tərəfindən yayımlanan bildirişdə deyilir: “Universitetin təhlükəsizlik bölümünün qərarına əsasən, qızlarla oğlanların eyni dərs otağında qarışıq şəkildə oturması qadağandır. Bu, yalnız fakültə rəhbərlikləri və təhlükəsizlik bölümü ilə zərurət olmadığı halda, qarşılıqlı anlaşma şəklində mümkün ola bilər”.
Qərar güneyli fəalların etirazına səbəb olub.
Bundan əvvəl İranın Əmir Kəbir, Şərif, Əllamə Təbatəbayi, Mazandaran, Yəzd, Tətbiqi Elmlər Universiteti, Vəramin Azad Universiteti, Məşhəd Firdovsi və Qəzvin universitetlərində də qızlarla oğlanların dərs otaqları ayırılıb.