17 Oktyabr 2018 07:20
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti onlarla əməkdaşlıq edən müxalif ərəb jurnalist Camal Qaşıqçını öldürməkdə şübhəli bilinən 7 şəxsin pasportunu dərc edib.

Teleqraf.com xəbər verir ki, nəşr məlumat təsdiq olunmadığından Səudiyyə Ərəbistanı vətəndaşlarına məxsus pasportlarda şəxslərin ad və soyadları, eləcə də fotoşəkillərini gizlədib.

Qeyd edək ki, “Vaşinqton Post” daxil olmaqla CNN, Əl-Cəzirə və bir sıra nüfuzlu media orqanları Camal Qaşıqçının öldürüldüyü və cəsədinin hissələrə bölündüyünü iddia edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər