17 Oktyabr 2018 23:45
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti prezidenti Jovenel Moiz naməlum şəxslər tərəfindən sui-qəsdə məruz qalıb.

Teleqraf.com "HaitiLibre" portalına istinadla xəbər verir ki, hadisə Pon-Ruj şəhərində müstəqil Haiti dövlətinin banisi Jan-Jak Dessalinin anım mərasimi zamanı baş verib. Prezident memoriala gül dəstəsi qoyan vaxt naməlum şəxslər ona tərəf atəş açıblar. Mühafizəçilərin səyi nəticəsində Jovenel Moiz xəsarət almadan hadisə yerindən uzaqlaşdırılıb.

Biri başından olmaqla prezidentin iki mühafizəçisi yaralanıb. Sui-qəsd cəhdinin kimlər tərəfindən törədildiyi barədə heç bir məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər