Jurnalist Camal Qaşıqçının itkin düşməsinə görə ABŞ müəyyən mənada məsuliyyət daşıyır, çünki o, Birləşmiş Ştatlarda yaşayırdı.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxışında bildirib.
"O, Rusiyada yaşamırdı, ABŞ-da yaşayırdı. Bu mənada, əlbəttə, ABŞ jurnalistin yox olmasına görə müəyyən məsuliyyət daşıyır. Bu, şübhəsizdir", deyə Vladimir Putin deyib.
Qeyd edək ki, müxalifətçi ərəb jurnalist, "Vaşinqton Post" yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.