20 Oktyabr 2018 20:32
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanla Rusiya arasında 27,1 milyard dollarlıq anlaşma imzalanıb.

Teleqraf.com xəbər verir ki, anlaşma Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana iki günlük rəsmi səfəri zamanı əldə olunub.

Səfər çərçivəsində Özbəkistan-Rusiya Regional Əməkdaşlıq Forumu keçirilib.

Özbəkistan İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamaya görə, ticarət sahəsində dəyəri 1,76 milyard dollar, sərmayə sahəsində25,3 milyard dollarlıq sənədlər imzalanıb.

Əldə edilən razılaşmaya əsasən, 79 yeni müştərək şirkətlər yaradılacaq. 23 ticarət evi və Özbəkistanda 20 topdan ticarət mərkəzi qurulacaq.


Müəllif: Cavad