Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizlə Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə kralı qarşı tərəfin istəyi ilə Sisi ilə həmsöhbət olub. Tərəflər iki ölkə arasındakı əlaqələr və onların müxtəlif sahələrdə gücləndirilməsi yollarını müzakirə ediblər. Eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.