Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşü bazar ertəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Mənim bildiyim qədər nazirlə Boltonun görüşü bazar ertəsinə təyin olunub”, – deyə Ryabkov bildirib.
Qeyd edək ki, bu gün C.Boltonun Rusiyaya səfəri başlayır. O, səfər əsnasında Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşəcək.