İspanyanın məşhur tətil mərkəzlərindən biri olan Benidormda bir kişini çılpaq vəziyyətdə ağaca bağlayıblar.
Teleqraf.com xəbər verir ki, eynəkdən başqa üzərində heç nə olmayan bu adamı ağaca dostları bağlayıb. Onların nə səbədən bu addımı atdıqları məlum deyil.
Çılpaq adama turistlərin və yerlilərin reaksiya isə fərqli olub. Bəziləri onunla şelfi çəkdirib, bəziləri isə ona yemək verib.
Qeyd edək ki, bir çoxları sosial media hesabında sözügedən görüntünü paylaşaraq bu adama cəza verilməsini tələb ediblər, baş vermiş hadisənin isə turizm şəhəri üçün bir ləkə olduğunu bildiriblər.