23 Oktyabr 2018 17:48
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı bəyanatı bu qətl üzrə sualların qaldığını təsdiqləyir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin dəftərxanasından bildiriblər.

“Ərdoğanın bu gün səhərki bəyanatı bu ölüm işi ilə bağlı sualların qalması faktını təsdiqləyir. Bu suallara ancaq səudiyyəlilər cavab verə bilərlər”, – deyə Tereza Meyin dəftərxanasının rəsmi nümayəndəsi bəyan edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bir qədər öncə Türkiyənin Camal Qaşıqçının qətlə yetirilməsinə dair Səudiyyə Ərəbistanı hakimiyyətinin izahatının qaneedici olmadığını bildirib. O, əlavə edib ki, səudiyyəlilərin bəyanatına baxmayaraq onun əldə etdiyi məlumata görə, qətl əvvəlcədən planlaşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər