ABŞ 4 noyabr tarixini İran xalqı üçün acı xatirəyə çevirmək istəyir, ancaq uğursuzluğa düçar olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, İran xalqının dirəniş ruhu və cəsarətli liderliyi ilə ABŞ uğur qazana bilməyəcək.
Qeyd edək ki, ABŞ sanksiyaları tam şəkildə noyabrın 4-də qüvvəyə minəcək.