24 Oktyabr 2018 14:27
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Patron” ləqəbi ilə tanınan Güney Azərbaycandan olan milli-mədəni fəal Rza Zarei saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəal İran İnqilab Keşikçilər Korpusunun (“Sepah”) əməkdaşları tərəfindən bir həftə əvvəl Təbrizdə saxlanılsa da, bu barədə məlumatın verilməsi gecikdirilib.

Sosial şəbəkədə aktiv fəaliyyəti olan Rza Zareinin hazırda “Sepah”ın təcridxanasında saxlanıldığı bildirilir.

Məlumata görə, fəalın saxlanılması onun Təbrizdə Güney Azərbaycanla bağlı apardığı mədəni fəaliyyətlə bağlıdır. Bundan əlavə, R.Zarei “Oyan Azərbaycan” Teleqram kanalının rəhbəri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər