Türkiyəli aktrisa Ezgi Molanın səs rejissoru Levent İntəpə ilə sevgi münasibətlərində olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, sosial medianın aktiv istifadəçisi olan aktrisa instaqramda iti ilə birlikdə çəkdiyi videonu paylaşaraq “toy dəvətnamələrini yazırıq” qeydini edib.
Məhz bundan sonra onun yaxın dostu ilə sevgi yaşadığı iddiası ortaya atılıb.
Ezgi Mola sosial media hesabında iddialara sərt cavab verib: “Əsla elə bir vəziyyət yoxdur, evli və iki uşaqlı adamla mənim nə işim ola bilər?..”
Daha sonra o, şübhəçi insanlara “Leventlə dostuq, hətta yoldaşını da tanıyıram, mənim 9 illik qardaşımdır” sözlərini də ünvanlayıb.