28 Oktyabr 2018 00:15
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Suriya məsələsinin müzakirə olunduğu zirvə görüşündən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin ortaq bəyannamə qəbul edib.

Liderlər Suriya Ərəb Cümhuriyyətinin müstəqilliyi, birliyi, ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uğun aşağıdakı öhdəliklərini təsdiqləyiblər:

- BMT-nin Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi təsdiqlənən İŞİD, Nüsrə Cəbhəsi, Əl-Qaidə və ya İŞİD-lə əlaqəli digər qruplaşmalar, şəxslər və təşəbbüslərin tamamilə aradan qaldırılması məqsədilə terrorla mübarizədə qərarlı olduqlarını;

- Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası tərəfindən 17 sentyabr 2018-ci ildə Soçidə imzalanan İdlib gərginliyi azaltma bölgəsindəki vəziyyətin sabitləşdirilməsi ilə bağlı memorandumu;

- Suriyada konstitusiya islahatını gerçəkləşdirəcək Konstitusiya Komitəsinin Cenevrədə qurulması və bu ilin sonunda toplanmasını;

- Siyasi müzakirənin davam etməsinin və atəşkəsin daimi olması üçün təhlükəsizliyi artıran tədbirlərin görülməsinin vacibliyini...

Əlaqədar işçi qrup tərəfindən BMT-nin Beynəlxalq Qzıl Xaç Komitəsinin ekspertlərinin iştirakı ilə girov saxlanılanların, qaçırılanların azadlığa buraxılması, ölülərin təslim edilməsi və itkin şəxslərin təsbit edilməsi məsələləri də dəstəklənib.

Humanitar yardım təşkilatlarına Suriya ərazisində sürətli, təhlükəsiz bağlantının qurulması, ehtiyac duyan hər kəsə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan liderlər bununla bağlı Suriyaya edilən yardımların artırılması üçün BMT və əlaqəli digər təşkilatlara, eləcə də beynəlxalq ictimaiyyətə çağırış edib.

Sonda Makron, Merkel və Putin zirvəyə ev sahibliyi etdiyi üçün Türkiyə prezidentinə təşəkkür edib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər