İstanbulda “Atatürk” hava limanında yenidən ebola virusu həyəcanı yaşanıb.
Nigeriyadan gələn sərnişin təyyarəsində İtaliya vətəndaşının qəflətən halı pisləşib.
Təyyarədə 23 yaşlı İtaliya vətəndaşının hərarəti yüksəlib və o qusmağa başlayıb.
“Atatürk” hava limanına xüsusi həkim briqadası çağırılıb. Həkimlər halı pisləşən sərnişinin ebola virusuna yoluxmasından şübhələnib və onu üstüörtülü xüsusi xərəkdə təcili tibbi yarım maşınına qoyaraq xəstəxanaya aparıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, ebola virusuna yoluxma ehtimalı edilən sərnişinin halı hələ Nigeriyada olarkən pisləşib. Hazırda o, İstanbulda həkim nəzarəti altındadır.
/anspress/