3 Noyabr 2018 00:30
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların 5 noyabrda bərpa ediləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Tramp Tvitterdə öz fotosunu paylaşaraq üzərində "sanksiyalar 5 noyabrda gəlir" sözlərini yazıb.

2015-ci ildə İranla imzalanan Nüvə Anlaşması çərçivəsində aradan qaldırılan bütün sanksiyaların bərpa ediləcəyi qeyd olunub.

Sanksiya çərçivəsində 700 şəxs və şirkət siyahıya daxil ediləcək. ABŞ həmçinin İranı beynəlxalq bank sistemi olan SWIFT-dən çıxarmaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər