3 Noyabr 2018 17:50
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəal Qulamrza Rəşidi Təbrizdə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəal İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən oktyabrın 28-də həbs olunsa da, bu barədə gec məlumat verilib.

Onun harada saxlanıldığı bilinmir.

Hələlik fəalın saxlanma səbəbi və ona qarşı irəli sürülən ittiham haqda da heç bir məlumat yoxdur. Yalnız həbs edilərkən zor tətbiq olunduğu söyləniliur.

Qulamrza Rəşidi Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biridir. O apardığı mədəni fəaliyyətlərinə görə ötən illərdə dəfələrlə saxlanılıb və məhkəməyə çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər