3 Noyabr 2018 18:49
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda latın əlifbası ilə nəşr olunan yeni “Dil-Xəzinə” (“Til-Qaznya”) qəzeti təqdim edilib.

Teleqraf.com xəbər verir ki, qəzet Qazaxıstan Mədəniyyət Nazirliyi və Milli Elm Mərkəzinin birgə layihəsi əsasında dərc olunub.

Ölkənin Mədəniyyət naziri Arıstanbek Muhamediulı 90 ildən sonra Qazaxıstanda yenidən latın əlifbası ilə qəzet nəşr olunmağa başladığını bildirib: “Bu qəzet cəmiyyətdə əhəmiyyətli yerini tutacaq. Qəzet latın əlifbasında oxumaqla yanaşı, yazmaq imkanı da yaradacaq”.

Prezident Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı göstərişinə uyğun olaraq ayda 2 dəfə nəşr olunacaq “Dil-Xəzinə” qəzeti latın hərflərindən istifadə olunan yeni qazax əlifbasının tanıdılmasını, yeni əlifbanın öyrədilməsini hədəfə alıb.

Nazarbayev keçən il ölkənin 2025-ci ilədək tamamilə latın əlifbasına keçəcəyini açıqlayıb. O, eyni zamanda, latın hərflərinin və durğu işarələrinin istifadə edildiyi 32 hərfli yeni qazax əlifbasını təsdiq edib.

Xatırladaq ki, Qazaxıstan 1929-cu ildən 1940-cı ilədək latın əlifbasından istifadə edib, daha sonra kiril əlifbasına keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər