3 Noyabr 2018 19:18
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Güney Azərbaycandan olan milli-mədəni fəalların həbs edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Əfv Təşkilatına (BƏT) hesabat təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi məlumat verib.

Jalə Təbrizi bildirib ki, hesabatın bir nüsxəsi BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinə, bir nüsxəsi isə BƏT-ə təqdim olunub.

Hesabatda azərbaycanlı qadın fəal Həkimə Əhmədinin İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılması və onun işgəncə ilə iki qabırğa sümüyünün və barmaqlarının qırılması öz əksini tapıb.

Bundan əlavə, son günlərdə saxlanılan Səccad Əfruziyan, Nəsim Sadiqi, Sədulla Sasani, Ramin Cəbrəili, Rza Zarei və Cəlil Tarinin adları da hesabata daxil edilib. Ərk Cəmiyyəti 12 yaşlı Araz Əmaninin saxlanılmasına da xüsusi yer verib.

Qeyd edək ki, Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Güney Azərbaycanla bağlı fəaliyyət göstərir. Təşkilatın ofisi Fransadadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər