Hindistanda 13 insanı yeyən dişi pələng öldürülüb.
Teleqraf.com xəbər verir ki, iki ildir ölkənin qərbindəki meşələrdə yaşayan pələng, uzun müddətdir onu tapmağa çalışan işçilərdən qaçmağı bacarırdı.
Heyvan haqlarını qoruyan insanlar tərəfindən kampaniya başlandığı üçün T-1 adlı pələngi ilk olaraq uyuşdurucu silahla vurulub. Amma daha sonra maşına hücum etdiyi və təhlükə yaratdığı üçün odlu silahla öldürüb.
Qeyd edək ki, on üç insanı yeyən pələng 5 min əhalisi olan bölgədə sakinləri qorxuya salmışdı.