ABŞ hökuməti İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə dünən start verib. Ancaq sonradan bəlli olub ki, Tramp administrasiyası İranın 3 mülki nüvə proqramına sanksiya tətbiq etməyib, bu proqramların davam edə biləcəyi elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, İranın 3 mülki nüvə proqramı sanksiyadan kənar qalacaq, bu proqramlar nəzarət altında davam etdirilə bilər.
Söhbət İranın Arak, Buşəhr və Firdovs ərazilərində yerləşən nüvə stansiyalarındakı mülki nüvə proqramlardan gedir.