6 Noyabr 2018 21:59
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmri altında yüzlərlə polis, kəşfiyyatçı, arxasında 140 minlik ABŞ ordusu olan bir baş nazir şəxsən 7 vətəndaşı güllələyə bilərmi?

Teleqraf.com xəbər verir ki, illər əvvəl dünya mətbuatı belə bir baş nazirin olduğunu faktlar və canlı şahid ifadəsi ilə ortaya qoya bilib.

Söhbət İraqın ABŞ ordusu tərəfindən işğalından sonra bu ölkədə baş nazir postunu tutan İyad Ələvidən gedir.

Zamanında media baş nazir haqqında sensasiyalı məlumatlar ortaya qoyur və onu cinayətlərdə ittiham edirdi.

İddia olunur ki, bir gün baş nazir yanında 4 amerikalı, 10 iraqlı mühafizəçisi və İraqın daxili işlər naziri Bağdadın cənub qərbində yerləşən və ciddi mühafizə olunan Əl Amariya işgəncə mərkəzinə gəlir. Burada aylarla işgəncəyə məruz qalan, əlləri və gözləri bağlı yeddi gənc iraqlı sıra ilə divara düzülür. Baş nazir onların arxasına keçərək tapançasını çıxarır və bir-bir başlarından güllələyir. Onların altısı yerindəcə ölür. Yalnız bir nəfər yaralı olur. Daxili işlər naziri Falah al Naqip bu cinayəti seyr edir, sonra isə baş naziri təbrik edir. İraqlı polislər də sakitcə bu olayı izləyir.

Daha sonra öldürülən şəxslərin cəsədləri “Nissan” markalı avtomobilə qoyularaq şəhər kənarında basdırılır.

Saxlanma məntəqəsinin rəhbəri general Raad Abdulla isə polisləri toplayaraq onlara deyir ki, içəridə baş verənləri kiməsə danışmaq qadağandır. Bunu edənlər sərt cəzalandırıla bilər. Çünki bu dövlətin təhlükəsizlik məsələsidir.

Bir müddət sonra Avstryada nəşr edilən “The Sydney Morning Herald” qəzeti iki hadisə şahidinin vasitəsilə yuxarıda qeyd edilən hadisə haqqında xəbər yayır və İraqda baş verən bu vəhşi cinayətdə baş nazirin bilavasitə iştirak etdiyini iddia edir.

Beləcə baş nazir İyad Ələvinin soyuqqanlı formada törətdiyi, özünün iştirak və ya müşahidə etdiyi cinayətlərlə bağlı çoxsaylı informasiyalar açıqlanmağa başlayır.

Bu xəbərlərin ortaya çıxmasından sonra Beynəlxalq Qırmızı Xaç və insan hüquqları təşkilatları İyad Ələvi haqqında araşdırma aparılmasını tələb edir. Beləcə həm də ABŞ işğalından sonra İraqda hakimiyyətə gətirilən İyad Ələvinin keçmişdəki cinayətləri də tədricən gün işığına çıxmağa başlayır.

İyad Ələvi kimdir?

Araşdırmalar göstərir ki, Ələvi zəngin və siyasi baxımdan güclü bir şiə ailəsində doğulub. Hələ tələbə ikən Səddam Hüseynin BƏƏS partiyasına daxil olub. Eyni zamanda İraq kəşfiyyatında işləməyə başlayır. 1970-ci illərdə əsasən İngiltərədəki iraqlı tələbələrin nəzarətdə saxlanılması, qeydiyyata alınması üzrə cavabdeh olur. Elə bu fəaliyyəti zamanı da İngiltərə kəşfiyyat xidməti olan Mİ6 ilə tanış olur və Səddam Hüseyn hakimiyyətinə müxalifətçiliyə başlayır. 1978-ci ildə İraq kəşfiyyatı Londonda ona sui-qəsd təşkil edir. Ələvi bu sui-qəsd zamanı yaralansa da, ölmür. Bundan sonra daha rahat şəkildə İraq üçün deyil, Mİ6 və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün işləməyə başlayır.

Bir müddət biznes sahəsinə girişir, Səudiyyə Ərəbistanında işlər görür. Əldə etdiyi kəşfiyyat informasiyasını Qərb kəşfiyyatı ilə bölüşür.

1990-cı ildə MKİ və Səudiyyənin pulları hesabına İraq Milli Təşkilatını yaradır. 1991-ci il Körfəz Müharibəsindən sonra əsasən İraqdan qaçan gəncləri təşkilatlandırır. Bu işdə Mİ6 və MKİ-dən hər cür dəstək alır. Elə 1990-cı illərdən etibarən ABŞ və İngiltərə kəşfiyyatının dəstəyi ilə İraqda hərbi çevriliş etməyə çalışır, ancaq cəhdləri uğursuz olur. Əvəzində İraqda həbslər başlayır.

1996-cı ildə ABŞ, İngiltərə və Səudiyyənin dəstəyi ilə İordaniya paytaxtı Əmmanda qərargah və radio stansiya qurur. Sonradan İraq kəşfiyyatı Ələvinin Allavinin təşkilatına sıza bilir. Ələvi isə MKİ və Mİ6-ya sədaqətini sona qədər sürdürür.

İddialara görə, 1990-1996-cı illərdə Ələvinin liderliyində və Qərb kəşfiyyatının nəzarəti altında İraqda partlayışlar həyata keçirilir. Pul ABŞ və İngiltərədən gəlir, hətta Süleymaniyyədə bomba istehsal edən kiçik müəssisə belə qurulur. Günlərin birində məktəb avtobusu partladılır və çoxlu sayda şagird ölür. Bu informasiyanı MKİ əməkdaşlarından biri bildirir.

Yeri gəlmişkən, qeyd edilir ki, İngiltərənin sabiq baş naziri Toni Blairi zamanında başdan çıxaran şəxs də Ələvi olub. Blair İraqın işğalından əvvəl bütün dünyaya “Səddamın 45 dəqiqə içində Avropanı vura biləcək kimyəvi silaha malik olduğunu” iddia edib, bunu İraqın işğalının əsas sbəbi kimi göstərir. Ancaq bu iddiaya heç kim inanmır. Sonradan bu iddianın əsassız olduğu ortaya çıxır və Blair pis duruma düşür. Bu iddianın sahibi əslində Ələvi olur. 1970-ci illərdən MKİ və Mİ6 sədaqətlə xidmət edən Ələvi sonunda istədiyi nəticəyə çatır. İraq işğal olunur və qısa müddətdən sonra Ələvi bu ölkənin baş naziri vəzifəsinə gətirilir.

Qeyd edək ki, bütün bunlar 2004-cü ildə “MKİ və Mİ6-nın qara işlərini görəm adam” başlıqlı məqalədə çap edilib.

Onu da xatırldaq ki, “Stoffel Dosyesi” başlığı altında 2005-ci ildə yayılan bir xəbərə görə, tarixin ən böyük korrupsiyası hesab olunan İraq ordusunun təchizatı, raketlər daxil alış-satışını nəzərdə tutan 40 milyard dollarlıq korrupsiya əməliyatında adı hallanan şəxslərdən biri də İyad Ələvi olub.

2004-2005-ci illərdə İraqa baş nazirlik edən Ələvi sonra gözdən düşür. İllər keçdikdən sonra Ələvi seçkilərdə uğurlu nəticə ilə ortaya çıxır və demokratik seçkilərdə İraqda ən böyük güc olur.

Yeri gəlmişkən, İyad Ələvi ilə Həmid Kərzai projeləri arasında da ciddi oxşarlıq olduğu vurğulanır. İddia olunur ki, Əfqanıstan və İraq üzərində həyata keçirilən bu modellərin nəticəsi olaraq indinin özün də belə, bu iki ölkədə gündə ortalama 50-100 insan ölür.

Onu da əlavə edək ki, İyad Ələvi son illərə qədər İraq prezidentinin müavini vəzifəsini tutub.

Cavad


Müəllif: Cavad

Oxşar xəbərlər