7 Noyabr 2018 21:08
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin İsmailiya əyalətinin hərbi məhkəməsi Sinay yarımadasının şimalında hərbçilərə qarşı silahlı hücumlarda ittiham olunan səkkiz ekstremisti qiyabi ölüm cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bundan əlavə, 32 nəfərə ömürlük həbs, iki nəfərə isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İttiham olunan şəxslər 2016-cı ildə Misirin Sinay yarımadasında hərbi obyektlərə silahlı hücumlar etməkdə təqsirləndirilirlər. Həmin hücumlar nəticəsində 14 hərbi qulluqçu həlak olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər