8 Noyabr 2018 12:14
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsi havada asılı vəziyyətdədir. Bununla belə, Yuri Xaçaturov dünən gecə Ermənistana qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qeyd edək ki, Yuri Xaçaturov noyabrın 2-də KTMT baş katibi vəzifəsindən azad edilib.

“Jamanak” qəzeti isə ev həbsinə məhkum edilmiş Xocalı soyqırımının müəlliflərindən biri olan Yuri Xaçaturovun gizli formada Rusiyanın paytaxtı Moskvaya qaçırıldığını iddia etmişdi.

Xatırladaq ki, KTMT-nin sabiq baş katibi 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalarda iştirak edən insanlara odlu silahdan atəş açmaq əmrini icra etməkdə ittiham olunur. İttiham əsasında ona qarşı cinayət işi açılıb və istintaq davam edir. O, bundan əvvəl 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla hələ ki, həbsdən yaxa qurtara bilib.

Yuri Xaçaturovun KTMT-dəki dönəm sədrliyinə vaxtından əvvəl xitam verilməsi Ermənistan mətbuatında onun yenidən həbs ediləcəyi ilə bağlı müzakirələri qızışdırıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər