9 Noyabr 2018 13:09
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd bin Salman tərəfindən qəbul edilən İsrail Yevangelist kilsəsinin nümayəndə heyətinin rəhbəri Yoel Rozenberq görüş barədə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, o, görüşdə Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

Səfərin detalları barədə danışan Rozenberq deyib:

“Bin Salman bizimlə söhbətə Yaxın Şərqin iki tarixi şəxsiyyətini müzakirə edərək başladı: Misirin keçmiş lideri Camal Əbdül Nəsir və İran inqilabının memarı İmam Xomeyni... Şahzadə həmin şəxslərin bu gün Yaxın Şərqdəki dağıntıların əsas səbəbkarları olduğunu və Səudiyyə Ərəbistanı üçün böyük problemlər yaratdıqlarını dedi.

Digər yandan, bu məsələləri də yevangelist nümayəndə heyətinin diqqətinə çatdırdı. Şahzadə dedi ki, İran, Müsəlman Qardaşları, Hizbullah və HƏMAS Səudiyyə Ərəbistanının düşmənləridir”.

Qeyd edək ki, yevangelistləri təmsil edən nümayəndə heyəti ilk dəfədir Səudiyyə Ərəbistanına səfər edir.


Müəllif: Mənsur Rəğbətoğlu