Ən-Nüsra terror təşkilatı Suriyanın Hama bölgəsinin Rif rayonuna 4 xlor qazı bombası (kapsula) aparıb.
Teleqraf.com xəbər verir ki, “Əl-Aləm” agentliyinin iddiasına görə, terror təşkilatı Suriya ordusunun bölgədə planlaşdırdığı əməliyyatın qarşısını almaq üçün hərəkətə keçib.
Agentlik Ən-Nüsranın Bəşər Əsəd ordusunun hücumu ərəfəsində mülki şəxslərin məskunlaşdığı bölgələrdə xlor bombaları atacağını ehtimal edir.
Qeyd edilib ki, Ən-Nüsra bundan əvvəl də İdlib və Hama da daxil olmaqla, Suriyanın bir çox bölgəsindəki qruplaşmalarına xlor qazı bombaları paylayıb.