10 Noyabr 2018 15:57
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada qaçqın statusu almaq üçün müraciət edənlər sənədlərin yoxlanılması prosesində fəal iştirak etməlidirlər.

Teleqraf.com xəbər verir ki, Bundestaq bununla bağlı ayrıca qanun layihəsi qəbul edib.

Qərarı iqtidar koalisiyası, habelə Liberal Azad Demokratik Partiyası və sağ təmayüllü “Almaniya üçün Alternativ” partiyası dəstəkləyib, Solçular Partiyası və “İttifaq 90”-Yaşıllar” qanun layihəsinin əleyhinə səs verib.

Yeni qanunvericiliyə görə hətta, qaçqın statusu alanlar üç il davam edə biləcək yoxlama müddətində hakimiyyət orqanları ilə yaxından əməkdaşlıq etməli və onların tələb etdikləri sənədləri təqdim etməlidirlər.

Əks halda miqrantları cərimə və həbs cəzası gözləyir.


Müəllif: Səxavət