"Hizbullah" İsrailin istənilən hücumuna cavab verməyə hazırdır və onun ordusunun Livana girməsinə imkan verməyəcək".
Teleqraf.com-un xəbərinə görə, "Hizbullah"ın baş katibi Həsən Nəsrulla bu bəyanatla çıxış edib.
"Biz İsrailin istənilən hücumuna mütləq cavab verəcəyik. Düşmənin Livana daxil olması yolverilməzdir. Livana hücum edəcəyi təqdirdə İsrailə cavab vermək üçün bizim kifayət qədər raketlərimiz var", - "Hizbullah" lideri deyib.