Somalinin paytaxtı Moqadişoda ötən cümə günü törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb, 58 nəfər yaralanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerli polis orqanları dağıntılar altından yeni cəsədlərin çıxarıldığını bildiriblər. Orada insanların qalıb-qalmadığı məlum deyil. İtkin düşənlərin axtarışı davam etdirilir.
“Reuters” agentliyinin məlumatına görə, Moqadişonun mərkəzindəki mehmanxananın qarşısında, cinayət işlərinin təhqiqatı departamentinin yaxınlığında minalanmış avtomobillər partladılıb. Hücumun məsuliyyətini “Əş Şabab” terror qruplaşması üzərinə götürüb.