Son 17 ildə terrorizmə qarşı mübarizədə 480-507 min arasında insan öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu rəqəmi ABŞ-ın Brovn Universitetinin araşdırmaçıları ortaya çıxarıb.
Universitetin hesabatına görə, 11 sentyabr 2001-ci ildən indiyə qədər terrorizmə qarşı mübarizə çərçivəsində 500 mindən çox insan həyatını itirib.
İraq, Əfqanıstan və Pakistanda həyata keçirilən əməliyyat zamanı ölən şəxslərin əksəriyyətini mülkü əhali təşkil edib.
Hesabata görə, İraqda 200 minə yaxın, Əfqanıstanda 38 min, Pakistanda isə 23 mindən çox mülki insan ABŞ-ın terrorizmə qarşı mübarizə çərçivəsində keçirdiyi əməliyyatlar zamanı öldürülüb.
Müharibələr nəticəsində azı 10 milyon insan evini tərk etmək məcburiyyətində qalıb.
2001-ci ildə indiyə qədər davam edən terrorizmə qarşı mübarizə tədbirləri zamanı ABŞ-ın 7 minə yaxın hərbçisi ölüb.