13 Noyabr 2018 21:15
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim Respublikaçı Partiyası erməni Silahlı Qüvvələrinin Suriyadakı missiyası ilə bağlı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana sorğu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublikaçı Partiyası sədrinin müavini, deputat Armen Aşotyan açıqlama verib.

Aşotyan Paşinyanın sorğuya cavab verdiyini bildirib. “Suriyaya ordu göndərmək Ermənistanın, yoxsa Rusiyanın təklifidir?” sualına cavabda Ermənistan rəhbəri belə deyib:

“Bu missiyanın siyasi məqsədi Suriya ermənilərinə yardım etməkdir. Bu, heç bir hərbi əhəmiyyəti olmayan humanitar missiyadır və biz bu proqramı büdcə vəsaitləri ilə həyata keçirmək niyyətindəyik, missiyanı lazımi səviyyədə həyata keçirmək üçün hər şeyi təmin etdik”.

Qeyd edək ki, sözügedən proqramın büdcədən maliyyələşməsi Respublikaçı Partiyasının narazılığına səbəb olub. Paşinyanın cavabı isə keçmiş prezident Serj Sərkisyanın rəhbəri olduğu partiyanı qane etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər