14 Noyabr 2018 00:45
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 39 il fasilədən sonra qadınların futbol matçını izləməsi ilə bağlı müzakirələrə prezident Həsən Ruhani nöqtə qoyub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İran prezidenti təxminən 500 qadının ilk dəfə stadionda İran təmsilçisi “Persepolik” ilə Yaponiyanın “Kaşima Antlers” komandasının qarşılaşmasını izləməsinə reaksiya verib.

Onun sözlərinə görə, qadınlara futbola baxmaq azadlığının verilməsi barədə qərar şəriətə zidd deyil: “Stadionun bir hissəsinin qadınlara ayrılmasında nə kimi problem ola bilər? Bu, şəriət, qanun və Mədəni İnqilab Ali Şurasının qərarları ilə ziddiyyət təşkil etmir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər