ABŞ-ın Alabama ştatında 47 yaşlı müəllim 8-ci sinif şagirdi ilə cinsi əlaqəyə girdiyi üçün həbs edilib.
Teleqraf.com xəbər verir ki, ştatda etirazlara səbəb olan biabırçı olayın üstünü müəllimin həyat yoldaşı açıb.
İşdən evə qayıdan 47 yaşlı müəllim duş qəbul etmək üçün hamama girdikdən sonra həyat yoldaşı onun mobil telefonunu yoxlayıb. Bir neçə gündür onun qəribə davranışlarından şübhəyə düşən qadın bu ehtimalında yanılmadığını da bu zaman sübut edir.
Telefonda öz şagirdi ilə cinsi əlaqəyə girərkən kamera ilə çəkdiyi videogörüntünü görən qadın şok keçirir və dərhal polisə zəng edərək bu barədə məlumat verir.
Videogörüntünü nəzərdən keçirərkən sadist müəllimin cinsi əlaqədə olarkən, azyaşlı qadına qarşı seks aksessuarlarından istifadə etdiyi və şiddət tətbiq etdiyini üzə çıxarıb.
47 yaşlı kişi istintaqa ilkin ifadəsində şagirdi ilə 5 aydır tanış olduğunu və dəfələrlə cinsi əlaqəyə girdiyini etiraf edib. Bundan sonra həbs edilmiş müəllim barədə cinayət işi açılıb. O, ömürlük azadlıqdan məhrum edilə bilər.