14 Noyabr 2018 23:28
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 2001-ci il 11 sentyabr hadisələrindən sonra tutulan şübhəlilərin dərman vasitəsilə dindirilməsi üçün hazırladıqları layihə üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Amerika Sivil Azadlıqlar Birliyi məlumat almaq haqqında qanuna əsasən məhkəmə qərarını əldə edərək hesabat yayıb.

Layihənin “Project Medication” adlandığı bildirilir. Məlumata görə, CİA 2001-ci ildə gizli həbsxanalarda saxlanılan terrorda şübhəli bilinən şəxslərə işgəncə əvəzinə həqiqəti deməsi üçün səhiyyə müəssisələrindən dərman verilməsini tələb edib.

Hesabatda vurğulanıb ki, CİA bu dərmanları 149 nəfər üzərində test edib. “Midazolam” tərkibli dərmandan istifadə ediləcəyi deyilir.

Xatırladaq ki, CİA-nın işgəncə üsulu ABŞ-da uzun illər böyük müzakirələrə səbəb olmuşdu.
Sabiq prezident Barak Obama hakimiyyətə gələndən qısa müddət sonra saxlanılan şəxslərdən işgəncə ilə ifadə alınması metodunu qadağan etmişdi.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər