15 Noyabr 2018 17:36
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublikaçı Partiyası dialoqa hazır müxalifət olacaq.

Teleqraf.com xəbər verir ki, bunu partiyanın seçkilərə hazırlıq komissiyasının sədri Vigen Sərkisyan deyib.

Sərkisyan Baş nazir Nikol Paşinyan hökuməti ilə aralarında bir sıra məsələlərdə fikir ayrılığının olduğunu bildirib:

“Dialoqa hazır müxalifət olacağıq, amma razılaşa bilməyəcəyimiz bir sıra məsələlər var. Məsələn, bunlardan biri Qarabağla bağlıdır. Bu ölkəmizin təhlükəsizliyi üçün ciddi məsələdir. Lakin bu fikir ayrılığı olan yeganə problem deyil, digər məsələlər də var”.

Vigen Sərkisyan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün güclü orduya ehtiyacın olduğunu vurğulayıb:

“Münaqişənin həlli üçün təktərəfli formada anlaşmaya getmək doğru deyil, bu, hər kəsin yekdil rəyi əsasında olmalıdır. Müharibə və utanmaq seçimi qarşısında qalsaq, utanmağı seçmək doğru deyil”.

Sərkisyan yeni hökumətin Qarabağ münaqişəsinin həllində kompromis mövqeyi tutacağını istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər