16 Noyabr 2018 15:47
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Polşada hərbi baza qurmaq məsələsini nəzərdə keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Ceyms Mattis deyib.

Polşalı həmkarı Mariuş Blaşakla görüşən Pentaqon rəhbəri bu barədə rəsmi Varşavadan təklif aldığını açıqlayıb:

“Təklifin detalları üzərində işləyirik və bunun ikitərəfli əlaqələri hansı formada gücləndirəcəyini düşünürük. Qarşıdakı aylarda bununla bağlı müzakirələr davam etdiriləcək. Polşa tərəfi ABŞ-ın burada daimi hərbi bazasının olması niyyətinı xoş qarşıladı”.

Blaşak Poşaya göndəriləcək amerikalı hərbçilər üçün 2 milyard dollar ayırmağa hazır olduqlarını bildirib.

Polşa Prezidenti Anjey Duda da bu barədə amerikalı həmkarı Donald Trampla müzakirə apardığını bildirib və Ağ Ev rəhbərinin bu təklifi isti qarşıladığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər