18 Noyabr 2018 15:52
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın militarist ritorikası təəssüf doğurur, Rusiyaya qarşı döyüş əməliyyatları isə Kiyev üçün intihar olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ukraynanın hərbi imkanları, xüsusilə donanması Rusiyaya qarşı hər hansı hərbi əməliyyatlar aparmağa imkan vermir, bu, sadəcə intihar olardı. Bundan başqa yaxınlaşan prezident seçkiləri ərəfəsində hadisələrin bu cür inkişafı Prezident Poroşenko üçün sadəcə, siyasi fəlakət deməkdir”, – deyə İ.Korotçenko bildirib.

Bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko yazdığı məqalədə bildirib ki, Rusiyanın Ukrayna gəmiləri üçün Azov dənizini bağlaması mümkündür. Lakin bu, Ukrayna ilə “böyük müharibəyə" gətirib çıxara bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər