18 Noyabr 2018 23:42
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 16 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti məlumat yayıb.

"Səlahəddin əyalətinin Tikrit şəhərinin Atıbba küçəsində minalanmış avtomobildən istifadə ilə törədilən terror aktı 5 vətəndaşın ölümünə səbəb olub, 16 nəfər yaralanıb", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Bundan əvvəl İraqın şimalında 50-dən çox İŞİD terrorçusu öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər