Almaniya Xristian Demokrat Partiyasının sədri Merkeldən sonra bu postu tutmağa ən real namizəd hesab olunan Kram Karrenbauer türklərə Almaniyada vətəndaşlıq verilməsinə qarşı olduğunu bəyan edib.
Teleqraf.com bildirir ki, siyasətçi alman və türk cütlüklərinin ikili vətəndaşlığına qarşı olduğunu gizlətməyib.
Kram Karrenbauer deyib ki, Türkiyə Almaniyada olan vətəndaşların onun tərəfində olmasını istəyir. Əgər bu durum davam edərsə ikili vətəndaşlıq itirilmiş olmalıdır. Hesab edirəm ki, bu sistemin necə başa çatacağını müzakirə etmək vacibdir.
Alman siyasətçi bundan əvvəl qeyd edib ki, ölkəyə köç edən insanlara vətəndaşlıq verilməsinin tərəfdarı olsa da, onların uşaqlarına vətəndaşlıq verilməsinə qarşıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl kansler Angela Merkel bundan sonra Xristian Demokratik Partiyaya liderlik etməyəcəyini elan edib. Bundan sonra partiyada Merkelin yerini tutmaq uğrunda namizədlər ortaya çıxıb. Bu namizədlərin ən güclüsü isə Kram Karrenbauer hesab olunur. Ona Merkelin davamçısı kimi də baxırlar.