2019-ci ilin sonunda, 2020-ci ilin əvvəllərində Belçika Silahlı Qüvvələrində qadınlardan ibarət xüsusi təyinatlı birləşmə yaradılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “RTBF” telekanalı məlumatd yayıb.
Belçikada qadınlar ilk dəfə 1975-ci ildə orduda xidmətə qəbul ediliblər. Buna qədər isə onlar yalnız səfərbərlik dövründə silahlı qüvvələrinin sıralarına çağrıla bilərdilər.
Məlumata görə, hazırda qadınlar Belçika ordusunun 7,8 faizini təşkil edir. Onların sayı 27 min nəfərdən ibarətdir.