19 Noyabr 2018 12:02
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu müdafiə naziri postunu təhvil alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Netanyahunun özü açıqlama verib.

O deyib: “İlk dəfə müdafiə naziri olaraq vəzifəyə başlamışam və bu vəzifənin icrasına dövlətin təhlükəsizlik siyasətinin ciddi tənqid olunduğu dönəmdə başladığımı da bilirəm”.

Netanyahu ölkənin təhlükəsizliyi baxımından erkən seçkilərin keçirilməsinin hökumətin parçalanmasına gətirib çıxaracağını diqqətə çatdırıb və buna ehtiyacın olmadığını sözlərinə əlavə edib.

Baş nazir koalisiyadakı müttəfiqlərinin də, erkən seçki tələb etməyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İsrailin bundan əvvəlki müdafiə naziri Aviqdor Liberman hökumətlə arasındakı anlaşılmazlığa görə istafa verib.

O, hökuməti ən qısa vaxtda erkən seçkilər keçirməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər