Türkiyə Sahil Təhlükəsizlik qrupları Egey dənizində türk sularına daxil olan Yunanıstanın hərbi gəmiyə müdaxilə edib.
Teleqraf.com xəbər verir ki, türk hərbi gəmilərinin xəbərdarlığından sonra Yunanıstana məxsus gəmi Türkiyəyə aid hövzədən çıxıb.
Hadisə dənizin Quş adası yaxınlığındakı Bayraq adası hissəsində olub. Türk gəmiləri öncə çağırılmayan “qonağ”a ingilis dilində anons edib. Ancaq yunan gəmisi buna məhəl qoymayıb.
Bu zaman türk gəmisi qadağan olunmuş xətti keçən gəmiyə yaxınlaşaraq ciddi xəbərdarlıq siqnalı verib. Bundan sonra yunan gəmisi tələbə əməl edib.