24 Noyabr 2018 12:53
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər sizin hansısa probleminiz yaranıb, yaxud arvadınızla bağlı şübhələriniz varsa, siz birbaşa ona müraciət edirsiniz, kütləvi informasiya vasitələrinə yox”.

Teleqraf.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun bu yaxınlarda keçirilən “Trident Juncture” adlı hərbi təlimləri zamanı Moskvanın GPS sisteminin işinə müdaxilə etməsinə dair Finlandiya və Norveçin ittihamına münasibət bildirərkən belə deyib.

Sergey Lavrovun “Aralıq dənizi: Roma dialoqu” adlı konfransda çıxış edərkən səsləndirdiyi bu sözlər zalda gülüş doğurub və alqışlarla qarşılanıb.

Rusiya XİN başçısı əlavə edib ki, nəzakətli insanlar iradlarını KİV vasitəsilə deyil, şəxsən bildirirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər