Rusiyalı fiqurlu konkisürən Yevgeniya Medvedyeva əsasən ingilis dilində ünsiyyət saxladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o özü danışıb:
“Mən rusca ancaq anamla, nənəmlə və iki dostumla danışıram. Bu dostlardan biri ilə biz yarırus, yarıingiliscə söhbətləşirik. Mən bütün həyatımı dəyişmişəm. Artıq buna öyrəşmişəm, ancaq hələ tam yox”.
Qeyd edək ki, iki dəfə dünya çempionu, 2018-ci ilin fevralında Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarının gümüş mükafatçısı olan idmançı bu ilin mayında Kanadaya mühacirət edib.