İsrail Hökuməti general Aviv Kohavini Baş Qərargah rəisi vəzifəsinə təsdiq edib.
Kohavi Livanda və Fələstin ərazilərində döyüşüb, həmçinin hərbi kəşfiyyata rəhbərlik edib.
2019-cu ilin yanvar ayında Kohavi 4 il ərzində Baş qərargaha rəhbərlik edən Qadi Ayzenkotu əvəzləyəcək.
Aviv Kohavinin 54 yaşı var. Xatırladaq ki, o 2017-ci ildən Baş qərargah rəisinin müavini vəzifəsində çalışıb.