Ermənistandakı həbsxanalarda insanlara it münasibəti göstərirlər. Əgər dövlət həbsxanada normal şərait təmin edə bilmirsə, cinayətkar, yaxud məhbus orada qalmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Vardan Arutyunyan deyib.
Ermənistandakı həbsxanaların dözülməz şərtlərinin olduğunu deyən hüquqşünasın sözlərinə görə, insan belə yerdə yaşamamalıdır:
“Soyuq kameralar, kirli paltarlar, qəddar münasibətlər… Xüsusən də, sən siyasi məhbussansa, ən ağır şərtlərə hazır olmalısan. Səni həbsxanada hansı qorxulu sürprizin gözlədiyindən xəbərin yoxdur. Ermənistan Sovet keçmişindən xilas ola bilmir. Sovet keçmişindən xilas olmanın ən mühüm göstəricisi, insana olan münasibətin dəyişməsidir. Lakin Ermənistanda hələ də insanla insan kimi davranmaq dəbdə deyil.
Bu ideyalar bolşeviklərə aiddir. Təəssüf ki, Ermənistanı məhv etmək istəyənlər bu zərərli ideyaları hələ də yaşadırlar.
Hələ də ölkədə 1990-cı illərdə hərbi və ordu tərəfindən qurulmuş cinayətkar düşüncə hakimdir.
Bu gün ordu daxilindəki münasibətlər də, həmin cinayətkar düşüncə ilə tənzimlənir. Rus ordusunun ideyalarına əsaslanan bir ordu yaratdıq, ona xas olan bütün mənfi cəhətləri və cinayətkar düşüncələri mənimsədik. İndi həmin cinayətkar orduya oxşayırıq”.
Vardan Arutyunyanla söhbətində erməni jurnalist Yuri Manvelyan da, onun sözlərini təsdiq edib:
“Maraqlıdır ki, bir adam soruşmadan orduya aparılır və iddia edilir ki, guya ermənilər Qarabağ döyüşlərinə könüllü qatılıblar. Reallıq belə deyil. Üstəgəl, məcburi şəkildə ordu sıralarına cəlb edildikdən sonra onlara qışqırırlar, onlara qəsd edirlər, pis yemək yedirdirlər və hesab edirlər ki, bu normal haldır”.
Manvelyan da Ermənistandakı həbsxanları və erməni ordusunu sərt şəkildə tənqid edib:
“Həbsxanalarda o insanlara yaxşı yataq verirlər ki, onların çoxlu pulu var. Həbsxanalar məmurlar üçün əsl mənfəət mənbəyidir. İnsanlara özlərini öldürmək üçün hər şeyi edirlər. Erməni ordusu da, əsl cəza alətidir”.