25 Avqust 2014 23:44
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadan alınan məlumatda deylir ki, Rusiya sərhədi yaxınlığında hökumət qüvvələri ilə zirehli maşınlardakı separatçılar arasında atışma olub. Ordu zirehli maşın karvanının bu gün Azov dənizi yaxınlığında saxlandığını bildirib.

Fransa xəbər agentliyinin Ukrayna rəsmilərinə istinadən bildirdiyinə görə, zirehli maşın karvanı ölkəyə Rusiyadan daxil olub. Lakin məlumatı təsdiq edən olmayıb.

Bu arada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi deyib ki, Moskva Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərmək fikrindədir. Cənab Lavrov əlavə yardımla bağlı məlumatın artıq Kiyevə bazar günü ötürüldüyünü bildirib.


Müəllif: