30 Noyabr 2018 14:42
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin (TBMM) erməni deputatı Karo Paylan ölkədəki bir sıra nüfuzlu qəzetlərin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ələ alındığını iddia edib.

Teleqraf.com xəbər verir ki, Paylan hökuməyönümlü qurumların adlarını da açıqlayıb.

Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan erməni deputata görə, bura “Sabah”, “Yeni Şafak”, “Milliyet”, “Türkiye” və “Star” kimi nüfuzlu qəzetlər daxildir:

“Türkiyədəki modern mətbuatın iki yolu var: ya sultanı (Ərdoğanı-red.) göylərə qaldırmaq, ya da azad olmaq... Azad olmağın da təzyiqlərlə üzləşmək, reklam məhdudiyyəti qoyulmaq, digər məhdudlaşdırmalar və həbs edilmək kimi təhlükəsi var.

Dövlət adamları insanların qəzet oxumasını, sual verməsini istəmir. Çünki bunlar Ərdoğanı incidir və tənqid olunmayan hansısa hakimiyyət xətaya yol verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər